İranda iğtişaşlarda 4 nəfər ölüb


Dünya 01 Yan 2018 13:48:00 247 0

İranda iğtişaşlarda 4 nəfər ölüb

13:48

Bazar gününə keçən gecə İranın cənub-qərbində yerləşən iki şəhərdə keçirilən etiraz aksiyaları zamanı azı 4 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Son.az "Report"a istinadən bildirir ki, bu barədə bazar ertəsi yerli hökumətə istinadən "Franc-Press" məlumat yayıb. Bildirilir ki, Xuzestan əyalətinin İze şəhərində 2 nəfər güllələnib, bir neçə nəfər yaralanıb. "İki nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Mən məhz kimin - asayiş keşikçilərinin, yaxud da nümayişçilərin atəş açdığını bilmirəm", - deyə yerli administrasiya nümayəndəsi bildirib. Bundan əlavə, agentliyin məlumatına görə, daha iki nəfər Lurestan əyalətinin Dorud şəhərində ölüb. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər. "Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb", - deyə şəhər bələdiyyə rəhbəri bildirib.

13:41

İranda etirazçılar Xomeyninin iqamətgahına yürüş ediblər - VİDEO 2018-ci ilin yanvarın 1-nə keçən gecə İranda etiraz aksiyasının iştirakçıları Ali lider ayatolla Əli Xomeyni iqamətgahına yürüş ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Al Arabia telekanalı məlumat yayıb.

Məlumata əsasən, minlərlə aksiya iştirakçısı Tehranda Xomeyninin iqamətgahı yerləşdiyi Pastera küçəsində toplaşıblar. Güc strukturları ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər.


Xəbərə aid fotolar