Ölümdən başqa bütün xəstəliklərə dərman


Digərləri 01 Yan 2018 12:40:00 261 0

Ölümdən başqa bütün xəstəliklərə dərman

Mükəmməl immun sistemə malik olan insan çox gümrah olur və nadir hallarda xəstələnir. Bu mükəmməllik onun xəstəliklərə qarşı möhkəm müqavimətinin olması ilə əlaqədar olur. Xəstəliklərə qarşı müqavimətli olmaq üçün immun sistemin möhkəm olması vacibdir. Bəs immun sistemi möhkəmləndirmək üçün nə etmək lazımdır? Son.az immunitet.az-a istinadən bildirir ki, elm adamları bu sualın cavabını müasir texnologiyanın köməyi ilə tapmışlar. Qara zirənin toxumunda orqanizmin normal fəaliyyətini təmin edən yüzlərlə maddələr vardır. Məhz bu maddələrə görə 14 əsr bundan əvvəl Peyğəmbərimiz (s.a.s.) qara zirəni "Ölümdən başqa bütün xəstəliklərə dərmandır" deyə qeyd etmişdir. Peyğəmbərimiz (s.a.s.) qara zirəni hədislərində ilahi möcüzəyə malik bir nemət adlandırmışdır. Qara zirənin toxumunun tərkibində 38% karbohidrat, 35% müxtəlif yağlar və 21% albumin aşkar edilmişdir. Buraya çox qiymətli doymamış yağ turşuları da daxildir. Qara zirə toxumunun tərkibində B qrup vitaminlər, amin turşular, linolen turşusu, bir çox minerallar da vardır ki, onlar orqanizmin müdafiə sistemini möhkəmləndirir. İmmun sistemi möhkəmləndirmək üçün hər gün bir miqdar qara zirə toxumu qəbul etmək və ya 1 çay qaşığı zirə yağını1 çay qaşığı balla yarım stəkan suya qatıb şam yeməyindən 15 dəqiqə əvvəl içmək lazımdır. Hər dəfə qəbul etmədən əvvəl şüşə qab yaxşı çalxalanmalıdır. Xəstəlikləri olan adamlara hər gün yeməkdən sonra 1 xörək qaşığı qara zirə yağı içmək tövsiyə olunur. 3 çay qaşığı qara zirə yağı orta yaşlı adamın bir günlük dozasıdır.