Kim Çen In nüvə silahının kütləvi istehsalını sürətləndirməyə çağırıb


Dünya 01 Yan 2018 09:03:00 306 0

Kim Çen In nüvə silahının kütləvi istehsalını sürətləndirməyə çağırıb

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəni nüvə başlıqlarının və ballistik raketlərin kütləvi istehsalını sürətləndirməyə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Kim Çen In yeni il münasibətilə xalqa müraciətində bildirib.

O, bildirib: "Nüvə başlıqlarının və ballistik raketlərin irimiqyaslı istehsalını və faktiki yerləşdirilməsini aktivləşdirmək lazımdır".