II İlya azərbaycanlılara sülh, xoşbəxtlik və əminamanlıq arzulayıb


Dünya 01 Yan 2018 02:54:45 286 0

II İlya azərbaycanlılara sülh, xoşbəxtlik və əminamanlıq arzulayıb

"2017-ci il ölkə üçün ağır, çətin olub, lakin Tanrını köməyi ilə bu çətinlikləri arxada qoymaq mükün olub"

Bütün Gürcüstanın patriarxı II İlya ölkənin bütün sakinlərinə sülh, xoşbəxtlik və əminamanlıq arzulayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o televiziya vasitəsi ilə xalqa ünvanladığı Yeni il müraciətində deyib.

Bütün Gürcüstanın patriarxı qeyd edib ki, 2017-ci il ölkə üçün ağır, çətin olub, lakin Tanrının köməyi ilə bu çətinlikləri arxada qoymaq mümkün olub.

O, gürcülərə, abxazlara, osetinlərə, yunanlara, ruslara, azərbaycanlılara və diqər ölkə vətəndaşlarına sülh, xoşbəxtlik və əminamanlıq arzulayıb.