ABŞda atışma olub, bir neçə polis zabiti yaralanıb


Dünya 31 Dek 2017 20:58:00 309 0

ABŞda atışma olub, bir neçə polis zabiti yaralanıb

ABŞ-ın Kolorado ştatında atışma zamanı bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla səhər saat 5.13-də baş verib.

Polislər məişət münaqişəsi barədə daxil olan məlumatla əlaqədər çox mənzilli yaşayış evinə gəlib. İstintaq tədbirləri zamanı atışma baş verib, bir neçə polis yaralanıb.