Ürəkdamar xəstəlikləri və xərçəngdən qoruyan "qadağan olunmuş" qida


Digərləri 31 Dek 2017 20:14:00 290 0

Ürəkdamar xəstəlikləri və xərçəngdən qoruyan "qadağan olunmuş" qida

Son zamanlar market rəflərində adət etmədiyimiz bir qida növü ilə tez-tez rastlaşırıq - qara düyü. Mütəxəssislər bildirir ki, bu düyü növü ağ düyüdən daha faydalı olur. Çünki qara düyünün qidalandırıcı dəyəri çox yüksəkdir.

Son.az ailem.az-a istinadən bu qəribə düyü barədə türkiyəli dietoloq Fatma Gönenin məlumatlarını diqqətinizə çatdırır.

O deyir ki, qara düyü antioksidant dəyərinin yüksək olması səbəbi ilə qocalmanın qarşısını alır: "Hər nə qədər bişməmiş düyünün rəngi qara olsa da, bişdiyində bənövşəyi bir rəng alır. Dünyada "superfood" (super qida) olaraq adlandırılan, mineral və vitamin baxımından ən zəngin qidalar arasındadır. Antik çağlardan bəri çinlilər tərəfindən istehlak olunmaqda olan qara düyü "qadağan düyü" olaraq da bilinir. Qadağa olaraq adlandırılmasının səbəbi çox az yetişdiyi üçün sadəcə imperatorların yeməsinə icazə verilməsindən qaynaqlanır. Bişdiyində isə bir az əzildiyi üçün Asiya mətbəxində daha çox şirniyyat olaraq yeyilir".

Mütəxəssis bu düyünün ağ düyüdən fərqi barədə də məlumat verdi. Onun sözlərinə görə, qara düyünün ağ düyüdən fərqi qabığından ayrılmamasıdır. Bu səbəblə vitamin, mineral, antioksidant və lif baxımından daha zəngindir. Ağ düyüyə nəzərən daha çox maqnezium və antioksidant tərkiblidir. Proteinlə də zəngindir: "Qara düyü lisin və triptofan kimi essensial amin turşularla zəngindir. Tiamin (B1), riboflavin(B2), fol turşusu (B9) vitaminləri, dəmir, sink, kalsium və fosfor mineralları ilə zəngindir. 100 qr qara düyü 8,5 q protein, 3,5 mq dəmir və 4.9 q lif tərkiblidir. Ürək-damar xəstəlikləri, xərçəng və digər xroniki xəstəliklərə qarşı qoruyucudur. Tərkibindəki E vitamini ilə bərabər immunitet sistemini qüvvətləndirir. Liflə zəngin olması bağırsaqların işləməsini düzənləyir, toxluq hissini artırır və qan şəkərinin yavaş yüksəlməsinə şərait yaradır".