Ən böyük arzusuna çatdı, xəstəxanada gəlinlik geyindi, 18 saat sonra öldü FOTO


Dünya 31 Dek 2017 18:55:00 376 0

Ən böyük arzusuna çatdı, xəstəxanada gəlinlik geyindi, 18 saat sonra öldü  FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən qızın arzusu ürəyində qalmadı, 18 saatlıq da olsa evliliyin dadını çıxara bildi

Xərçəng xəstəliyindən əziyyət çəkən qızın arzusu ürəyində qalmadı, 18 saatlıq da olsa evliliyin dadını çıxara bildi.

Son.az nydailynews-a istinadla xəbər verir ki, Amerikanın Konnekitot ştatında yaşayan 31 yaşlı Heather Lindsay (Hetr Lindsi) adlı qız xəstəxanada gəlinlik geyinib, ərə gedib.

2 il əvvəl xərçəng diaqnozu qoyulan Hetr sevdiyi şəxslə ailə qurduqdan 18 saat sonra ölüb. Onların xəstəxanada baş tutan nikah mərasimlərini gəlinin rəfiqələri kameraya çəkiblər. Bəyin dediyinə görə, o, həmin anda xəstəxanadakılara qışqıraraq "mən onun xanımıyam, bacardım", - deyib.

"Bu marafon yarışçılarının xətti birinci keçəndə sevinməsinə bənzəyir", - deyə Linsdinin əri Karas Moşer söyləyib.


Xəbərə aid fotolar