Sahib Məmmədov: "Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər 2018ci ildə də davam etdiriləcək"


Digərləri 31 Dek 2017 16:05:00 322 0

Sahib Məmmədov: "Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər 2018ci ildə də davam etdiriləcək"

Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı tədbirlər gələn il də davam etdiriləcək. Son.az bildirir ki, bunu Trend-ə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavini qeyd edib: "2018-ci ildə ölkədə sahibkarların sayının artırılması məqsədilə biznesin dəstəklənməsi üzrə işləri davam etdirəcəyik".

2017-ci ilin yekunlarını şərh edən S.Məmmədov bildirib ki, cari ildə Azərbaycanda xüsusilə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması sahəsində irimiqyaslı iqtisadi islahatlar aparılıb:

"Bu islahatlar və ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar ÜDM-də özəl sektorun payının 80 faizdən çox artmasına səbəb olub. Həyata keçirilən tədbirlər, əsasən də lisenziyalaşdırma prosesinin sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılma müddətinin uzadılması, investisiyaların təşviqi üzrə işlər və ixracın stimullaşdırılması ölkədə sahibkarlığın inkişafına gətirib çıxarıb. Bunun nəticəsi olaraq, hazırda Azərbaycanda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 880 mini keçib, məşğulluq sahəsində özəl sektorun payı 75 faizdən çoxdur.