Ərdoğan: "Viza böhranının təşəbbüskarı ABŞ olub"


Dünya 31 Dek 2017 09:00:00 249 0

Ərdoğan: "Viza böhranının təşəbbüskarı ABŞ olub"

"Viza böhranını onlar başladı və sağ olsunlar ki, özləri də onu ləğv etdi. Biz viza böhranı istəmirdik. İndi o artıq bitib. Bu istənilən halda belə də olacaqdı". Son.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan həmçinin Ankaranın Suriyada, Rusiya və İranla olduğu kimi, ABŞ-la əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib: "Bəs ABŞ özü bizimlə əməkdaşlıq etmək istəyirmi? Problem bundadır", - deyə Türkiyə prezidenti qeyd edib.