Yunanıstanda Yeni il münasibəti ilə 70 metr uzunluğunda tort bişirilib


Dünya 31 Dek 2017 08:47:03 339 0

Yunanıstanda Yeni il münasibəti ilə 70 metr uzunluğunda tort bişirilib

Üç gün ərzində onun hazırlanması üzərində təqribən 40 aşpaz işləyib

Yunanıstanın paytaxtı Afinada gəlməkdə olan 2018-ci il münasibəti ilə çəkisi 2,5 kiloqram olan nəhəng tort bişirilib.

“Report” "Sinxua" agentliyinə istinadən xəbər verir ki, desert bütün arzu edənlərə pulsuz paylanıb.

Tortun uzunluğu 70, eni isə 3 metr təşkil edib.

Üç gün ərzində onun hazırlanması üzərində təqribən 40 aşpaz işləyib.