Alimlər sağlam və uzun ömrün SİRRİNİ AÇDI FOTO


Digərləri 31 Dek 2017 07:54:00 302 0

Alimlər sağlam və uzun ömrün SİRRİNİ AÇDI  FOTO

İsveçrəli alimlər 50 yaşdan yuxarı insanların psixoloji vəziyyətini, onların orqanizmində gedən dəyişikliklərlə əlaqələndirirlər. Müxtəlif səbəblərdən (revmatizm, duzlaşma, ayaqlarda şişkinlik və s.) yaranan psixoloji vəziyyətdən çıxış yolunu isə, almanlar gün ərzində çoxlu gəzmək və söhbət etmək də görür.

Son.az xəbər verir ki, Almaniyada 60-90 yaş arası insanlar arasında tədqiqat aparılıb. Araşdırma xüsusilə, yaşlı nəslin evdən çölə çıxmaması, cəmiyyətdən təcrid olunmasının səbəbini öyrənmək üçün olub.

Məlum olub ki, insanlar psixoloji depressiyaya düşdükləri üçün cəmiyyətdən təcrid olunurlar və bu onları mənəvi cəhətdən tez qocaldır. Alimlər tövsiyə edirlər ki, bu yaş aralığında olan insanlar həmyaşıdları ilə ünsiyyət qursunlar, uzun gəzintilərə çıxsınlar. Bu sadə metod onları depressiv vəziyyətdən çıxartmaqla yanaşı, qan təzyiqi və xolesterolu da müalicə edir. Yaşlanma prosesində sosial faktorlar olduqca vacibdir.