"Einstein" robotu uşaqların məktəbəqədər təhsili üçün nəzərdə tutulub


Digərləri 31 Dek 2017 07:36:00 329 0

"Einstein" robotu uşaqların məktəbəqədər təhsili üçün nəzərdə tutulub

"Hanson Robotics" şirkəti süni intellektli "Sophia" robotunun analoqunun yaradılması üzrə layihəni başa çatdırıb. "Einstein" adlanan layihə uşaqların məktəbəqədər təhsili və onların ümumi erudisiyasının artırılması üçün nəzərdə tutulub. Yeni qurğunun növbəti ildə satışa çıxarılması planlaşdırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərdi "Einstein" robotu süni intellekt biliklərindən istifadə edərək həm uşaqları öyrətmək, həm də öz-özünə təhsilalma və təkmilləşdirmə bacarığına malikdir.

Məlumata görə, qurğu dünyada ilk insanabənzər "Sophia" robotunun yaradılmasında tətbiq edilən "SingularityNET" platforması əsasında hazırlanıb. Şirkət rəhbərliyi hesab edir ki, yeni layihə gələcəkdə süni intellekt konsepsiyalarının modernləşdirilməsinə şərait yaradacaq.