ABŞ-da yuvaları dağıdılan yarım milyon arı soyuqdan ölüb


Dünya 31 Dek 2017 06:37:30 280 0

ABŞ-da yuvaları dağıdılan yarım milyon arı soyuqdan ölüb

Vandallar onların 50-yə yaxın yuvasını dağıdıblar

ABŞ-da vandallar 50-yə yaxın yuvanı dağıdaraq yarım milyon arının soyuqdan ölməsinə səbəb olublar.

“Report” xəbər verir ki, bu barədə məlumatı dekabrın 31-ə keçən gecə CBS-in yerli filialı yayıb.

Arı təknələrinin sahibi biznesinin məhv olmasından şikayətlənib.

Bildirilir ki, vandallar yaxşı hazırlıqlı olublar – onlar yuvaları müşahidə edən videokameranı özləri ilə aparıblar.