İŞİD komandirləri Suriyadakı qaçqın düşərgəsini ABŞ vertolyotları ilə tərk ediblər


Dünya 31 Dek 2017 06:06:13 273 0

İŞİD komandirləri Suriyadakı qaçqın düşərgəsini ABŞ vertolyotları ilə tərk ediblər

Terrorçular naməlum istiqamətdə uçublar

İŞİD terror təşkilatının səhra komandirləri ABŞ vertolyotları ilə gətirildikləri Suriyanın Əl-Hasaka əyalətindəki qaçqın düşərgəsini tərk ediblər.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Dekabrın 29-da məlumat verilib ki, ABŞ-ın hərbi vertolyotları İŞİD liderlərini Suriya ordusunun onları təqib etdiyi Deyr-əz-Zor rayonundan Əs-Sədd qaçqın düşərgəsinə (Dəməşqin 720 kilometrliyi) təxliyyə edib.

Bildirilir ki, həmin terrorçular dekabrın 30-da ABŞ-ın vertolyotları ilə naməlum istiqamətdə uçublar.

Həmçinin qeyd olunur ki, noyabrda Əs-Sədd düşərgəsinə vertolyotlarla aralarında yaralıların da olduğu 47 İŞİD terrorçusu, eləcə də, onların bir neçə başçısı gətirilib.

Sonradan onlar ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən dəstəklənən "Suriya demokratik qüvvələri" kürd qruplaşmasına təslim olublar.