Suriyada 115 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olunub


Dünya 31 Dek 2017 01:58:35 277 0

Suriyada 115 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olunub

Məzarlıqda həm hərbi əsirlər, həm də mülki şəxslər basdırılıb

Suriyanın Rəqqa şəhəri ərazisində İŞİD terrorçularının kütləvi qırğınlarının qurbanı olan ən azı 115 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.

İnsan qalıqları ekspertiza aparılması və ölənlərin şəxsiyyətinin müəyən edilməsi üçün hərbi hospitala aparılıb.

Şahidlərin sözlərinə görə, hələ ki, cəsədlə dolu olan iki səngər aşkar olunub. Burada həm hərbi əsirlər, həm də mülki şəxslər basdırılıb.