Dost tapmağın 3 mühüm yolu


Digərləri 30 Dek 2017 21:50:00 306 0

Dost tapmağın 3 mühüm yolu

Məsumların (ə) nəzərinə görə, hər bir Əhli-Beyt (ə) davamçısı özünə dost və rəfiq seçməli və həyat yolunda ona yardım edib, ondan yardım almağı bacarmalıdır. İmam Əli (ə) buyurur: "Ən aciz insan o kəsdir ki, dost qazanmaqda aciz olsun. Ondan da acizi o kəsdir ki, qazandığı dostlarını əldən versin".

Son.az deyerler.org-a istinadən bildirir ki, məsumlarımız (ə) dost qazanmağın 3 mühüm yolunu tövsiyə edirlər ki, onlarla tanış olaq:   1. İmtahan və ehtiyat. Məsumlar (ə) buyurur ki, heç kəsi imtahan etmədən və bu yolda ehtiyat etmədən dost seçməyin. Əhli-Beytdən (ə) nəql edilir: "Hər kim qardaşını (dostunu) seçməkdə imtahanı ilk sıraya salmazsa, aldanmağı onu pis əməl sahibləri ilə dost olmağa tərəf çəkər".   2. Yersiz etimad etməkdən çəkinmək. Həddən artıq etimad bəsləmək - dostluğu aradan aparan başqa bir amildir. İmam Əli (ə) buyurur: "Hər nəyə inanırsansa, onu (dostunun) ayağına tökmə". Yəni, dostuna bütün sirlərini vermə və ona hər şeyi danışma.   3. Dostluqda etidala riayət etmək. Dinimiz hər şeydə etidala riayət etməyi tövsiyə etdiyi kimi, dostluqda da tövsiyə edir. İmam Əli (ə) buyurur: "Dostunu dost həddində bil, ola bilsin ki, bir gün düşmənin olsun. Düşmənini düşmən həddində bil, ola bilsin ki, bir gün dostun olsun".   Əsil dostun meyarları: 1. Allah üçün dost olmaq. İmam Əli (ə) buyurur: "Ən üstün qardaşın o kəsdir ki, sənə Sübhan Allahın yolunda getməkdə sərtlik göstərər".   2. Günaha mane olar. İmam Əli (ə) buyurur: "Ən üstün qardaşın o kəsdir ki, səni hidayətə yönləndirər, təqvanı nəsib edər, nəfsinin ardıcılı olmaqdan saxlayar".   3. Yaxşı əməllərə təşviq edər. İmam Əli (ə) buyurur: "Ən üstün qardaşın o kəsdir ki, xeyirə tərəf tələsər və səni ona cəzb edər. Səni yaxşılıqlara dəvət edər və onu yerinə yetirməkdə sənə yardım edər".   Dostla necə davranmalı? 1. Həsəddən çəkinmək. Həsəd hər bir yaxşılıqları yandırıb külə çevirdiyi kimi, dostluğun da aradan getməsinə səbəb olar.   2. Əziyyətdən çəkinmək. İmam Əli (ə) buyurur: "O zaman ki, mömin, öz qardaşını qəzəbləndirər, ondan ayrılar".   3. Eyib tutmaqdan çəkinmək. İmam Əli (ə) buyurur: "Necə (dostluq iddiasında olar o kəs ki, dostunun) eybini tutar və onu düçar olduğu bəlaya görə məzəmmət edər".