Blockchain nədir?


Digərləri 30 Dek 2017 19:55:00 323 0

Blockchain nədir?

Blockchain tək bir cümlə ilə desək, şifrələnmiş əməliyyatları həyata keçirən dağınıq məlumat bazasıdır. Bu texnologiyaya isə Blokchain texnologiyası adı verilmişdir.

Bitcoin və digər bütün kripto valyutaların yaradılmasını, saxlanmasını və istifadəçidən istifadəçiyə pul köçürməsini (rəqəmsal) təşkil edən texnologiya Blokchain texnologiyasıdır.

Son.az kripto.az-a istinadən bildirir ki, zəncirləmə bir şifrələmə modelinə dayanan Blockchain qırılabilməz, lakin təqib edilə bilən bir quruluşa malikdir. Eynilə Bitcoin kimi, heçbir mərkəzə bağlı olmadığına görə güvənli, istifadəçidən istifadəçiyə birbaşa əməliyyatlar oluna bilir.

Bitcoin və Blockchain çox zaman insanlar tərəfindən qarışdırılır, lakin unutmayaq ki, Bitcoin bir rəqəmsal pul vahididir, Blockchain isə bir məlumat bazası texnologiyasının adıdır.

Blockchain mövcud sistemləri aradan qaldırmaq gücünə sahib.

Necəki pul köçürmələri üçün bir banka ehtiyac varsa, rəqəmsal pul köçürmələri üçün də Blockchain-ə ehtiyacınız var. Məhz buna görə Blockchain mövcud bütün sistemlərə alternativ bir həlldir.

Blockchain texnologiyası

Nələr etmək olar?

Blockchain sayəsində hərhansısa banka və ya quruma ehtiyacınız olmadan rəqəmsal pul köçürmələrini həyata keçirə bilər, məlumat saxlaya bilər, mesajlaşa bilər və ürəyiniz istəyən bir çox işi görə bilərsiniz.