Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki


Digərləri 30 Dek 2017 18:00:00 240 0

Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il münasibətilə Sizi təbrik edir!

Bakı. TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il münasibətilə Sizi təbrik edir! Bütün qəlbimizlə Sizə əla əhvali-ruhiyyə, xoş xəbərlər və düzgün qərarlar arzulayırıq! Qoy, qarşıdan gələn il Sizə uğur bəxş etsin, evinizə sevinc və xoşbəxtlik gətirsin! Ən əsası, həyatda nikbinlik və yaxşı əhvali-ruhiyyə Sizi tərk etməsin! Sizə, Sizin doğmalarınıza və yaxınlarınıza sağlamlıq və əmin-amanlıq arzulayırıq! Uzun illər ərzində Azərbaycan jurnalistikasının səviyyəsi, peşəkarlığı və perspektivi, beynəlxalq informasiya aləminə təsiri əhəmiyyətli dərəcədə artıb. Bu, KİV-in yaradıcı fəaliyyəti üçün lazımi şərait yaradan Azərbaycanın dinamik inkişafı sayəsində mümkün olub. TREND İnformasiya Agentliyi tərəfdaşlarına, abunəçilərinə, reklam verənlərə, saytımızı mütəmadi izləyənlərə dərin təşəkkürünü bildirir!