Məşhur avtoritetin qardaşı oğlunu restoranda güllələdilər VİDEO


Dünya 30 Dek 2017 14:42:00 303 0

Məşhur avtoritetin qardaşı oğlunu restoranda güllələdilər  VİDEO

Həbsdə olan türkiyəli avtoritet Alaattin Çakıcının qardaşı oğlu Adem Çakıcı İstanbulda bir otelin restoranında güllələnib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, 32 yaşlı Adem Çakıcı yan masadan qalxıb yanlarına gələn iki şəxsdən biri tərəfindən vurulub.

Şübhəlilər hücumdan sonra oteldən çıxaraq boz  rəngli bir avtomobilə minərək qaçıblar. Hadisə yerinə xeyli sayda polis və təcili yardım briqadası cəlb olunub. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra vücuduna 5 güllə dəyən Adem Çakıcını xəstəxanaya çatdırıblar. Adem Çakıcı reanimasiyaya yerləşdirilib.

Polis istintaqa başlayıb.