12 nəfərin məzarı açılır tibb bacısı yaşlıları qəsdən öldürüb


Dünya 30 Dek 2017 12:41:00 284 0

12 nəfərin məzarı açılır  tibb bacısı yaşlıları qəsdən öldürüb

Hollandiyada bəzi kənd, qəsəbə və şəhərlərdəki məzarlar xüsusi əmrlə açılır. Buna səbəb isə tibb bacısının şəkər xəstəsi olmayan yaşlılara insulin vurmasıdır.

Son.az Haberler-ə istinadla xəbər verir ki, dekabr ayının əvvəlindən bu günə qədər Rotterdam şəhərinin yaxınlığındakı bəzi kənd və qəsəbələrdə torpağa basdırılan şəxslərin məzarları açılır. Cəsədlər autopsiya üçün çıxarılır. 

21 yaşlı Rahiied A. adlı tibb bacısı azı 3 yaşlıya şəkər xəstəsi olmadığı təqdirdə insulin iynəsi vuraraq ölümünə səbəb olub.  Onun təcrübə topladığı xəstəxanada 12 müəmmalı ölüm hadisəsi də baş verib. 

Hazırda 12 nəfərin cəsədləri torpaqdan çıxarılaraq araşdırma aparılır.