"1 kqdan az çəki ilə doğulmuş 111 körpəni xilas etmək mümkün olub"


Digərləri 30 Dek 2017 12:36:00 252 0

"1 kqdan az çəki ilə doğulmuş 111 körpəni xilas etmək mümkün olub"

"1 kq-dan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

G.Poladov əhaliyə göstərilən tibbi xidmətin keyliyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqlamlarının xüsusi rolunu qeyd edib: "2017-ci ildə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" çərçivəsində uşaqların 90 faizindən çoxu dispanserizasiya müayinələrinə cəlb olunub. Onların 5,1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə hospitalizasiya edilib. Həmin dövlət proqramının icra müddəti bu il başa çatdığı üçün Səhiyyə Nazir­liyi tərəfindən 2018-2022-ci illəri əhatə edən yeni dövlət proqramı layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib".