Bakı metrosunda Yeni il şənliyinə start verildi


Digərləri 30 Dek 2017 10:40:00 251 0

Bakı metrosunda Yeni il şənliyinə start verildi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişinlərə növbəti dəfə bayram əhvalı yaşadıb.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişinlərə növbəti dəfə bayram əhvalı yaşadıb. Trend-in məlumatına görə, bu gündən etibarən metro stansiyalarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlərə start verilib. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edib. Tədbirə "İçərişəhər" metrostansiyasından start verilib. Şaxta baba və Qar qız bu stansiyaya "Bakmil"dən retro qatarla gəliblər. Şaxta baba və Qar qız obrazlarında "Bakı Mertopoliteni" QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayevadır.