İsmayıllıda sənətkarlıq və milli mətbəx yarmarkası təşkil olunacaq


Digərləri 30 Dek 2017 10:45:00 211 0

İsmayıllıda sənətkarlıq və milli mətbəx yarmarkası təşkil olunacaq

İsmayıllıda bayram bayrama qarışacaq.

Bakı. Qədim tarixə, zəngin mədəni irsə, çoxəsrlik ənənələrə malik İsmayıllı rayonu daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. İsmayıllıda bayram bayrama qarışacaq. Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı rayon Regional İdarəsinin təşkilatçılığı ilə 30 dekabr – 4 yanvar tarixlərində İsmayıllı şəhərindəki Turist Mərkəzində sənətkarlıq, folklor və milli mətbəx yarmarkası təşkil olunacaq. Bayram şənlikləri saat 11:00-da başlayıb axşama kimi davam edəcək. Şəhər sakinləri və qonaqlar 6 gün ərzində milli folklor nümunələrini dinləyəcək, Şirvan aşpazlarının bişirdikləri təamlardan dadacaq, dulusçuların, papaqçıların, misgərlərin əl işləri ilə tanış olacaqlar. Yarmarkada İsmayıllı ilə yanaşı, Qobustan, Şamaxı, Ağsu və Qəbələ rayonundan gələn sənətkarlar da əl işlərini nümayiş etdirəcəklər.