7 otaqlı ev yandı:


Digərləri 30 Dek 2017 09:12:00 262 0

7 otaqlı ev yandı:

Masallıda yanğın qeydə alınıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonu, Mahmudavar kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış cəsədi aşkar olunub.