“Kasperski”yə vergidən yayınmaq ittihamı


Digərləri 30 Dek 2017 08:41:00 267 0

“Kasperski”yə vergidən yayınmaq ittihamı

İtaliyada prokurorluq "Kaspersky Lab" şirkətinin yerli bölməsini vergidən yayınmaqda ittiham edib.

Son.az lent.az-a istinadən xəbər verir ki,  vergidən yayındırılan məbləğin 24 milyon avro həcmində olduğu bildirilir.   İstintaq materiallarına əsasən "Kaspersky İtalia"nın 2010-2015-ci illərdə gəliri 90 milyon avro təşkil edib və bu gəlirdən vergi ödənilməyib. İttiham olunan şəxsin adı açıqlanmayıb.   Xatırladaq ki, ABŞ-da hökumət idarələrinin "Kasperski Laboratoriyası"nın məhsullarından istifadəsi qadağan edilib.