“Ağıllı” daşınan kamera təqdim olundu


Digərləri 30 Dek 2017 08:01:00 304 0

“Ağıllı” daşınan kamera təqdim olundu

"Ubiquiti Labs" şirkəti əlamətdar anları çəkməyə kömək edəcək "ağıllı" "FrontRow" daşınan kamerasını təqdim edib.  

Son.az ICTnews-a istinadən bildirir ki, "FrontRow" kamerasına iki kamera daxildir: onlardan biri qurğunun arxa tərəfində yerləşir və 8 meqapikselli sensorla təchiz edilib, digəri - 5 meqapikselli sensora malik ön kameradır. Qurğu, həmçinin 2 düymlü dairəvi maye-kristal sensor ekranla təchiz olunub. Bütün bunlar ovucun yarısı ölçüsündə kulonu xatırladan kiçik qurğuda toplanıb. Hər iki kamera videonu 1080p təsvir ölçüsündə çəkir və dərhal onu istifadəçinin seçəcəyi istənilən sosial şəbəkəyə translyasiya edir.

Məlumata görə, "FrontRow" kamerasının boyundan asılması üçün nəzərdə tutulmasına baxmayaraq arxa kamera kənara yönəlib. Belə yerləşmə istifadəçiyə qarşısında müəyyən hərəkət etməyən obyekt görən zaman tez onun şəklini və videosunu çəkməyə imkan verir. Qurğunun yuxarı hissəsində yerləşən konnektor ona digər modullar, məsələn, avtomobilin cihaz panelinə altlıq və ya bərkitmə quraşdırmağa şərait yaradır.   Qurğu, həmçinin obyektləri avtomatik izləməyə imkan verən giroskop və akselerometrə malikdir. Beləliklə, kameranın əllə döndərmə idarəetməsi ilə yanaşı, istifadəçi izlənilən və çəkilişin aparıldığı obyekti sadəcə göstərə bilər.

Hazırda "FrontRow" kamerası üçün "Indiegogo" vəsait toplanışı saytı vasitəsilə ilkin sifarişlər qəbul olunur. Pərakəndə satış qiyməti 399 dollar təşkil edəcək qurğunun tədarüklərinə növbəti ilin avqustunda başlamaq nəzərdə tutulur.