Elza Seyidcahanın ailəsi qəzaya düşdü - qızı və kürəkəni xəsarət aldı


Şou-biznes 30 Dek 2017 00:00:00 333 0

Elza Seyidcahanın ailəsi qəzaya düşdü - qızı və kürəkəni xəsarət aldı

Bu gün paytaxt məkanlarının birində nəvəsi Səmərruxa doğum keçirən əməkdar artist Elza  Seyidcahanın başına iş gəlib.

Axşam.az xəbər verir ki, Lent.az-a açıqlama verən E.Seyidcahanın kürəkəni bildirib ki, qızı və həyat yoldaşı ilə ad günü keçirilən məkana gələn zaman avtomobil qəzasına düşüblər:

“Taksi ilə ad günü keçirilən məkana gəlirdik. Yoldaşım Gülşən də mənlə üzbəüz oturmuşdu. Qəfildən maşının qabağına başqa maşın çıxdı və həyat yoldaşımın başı mənim dodağıma dəydi. Nəticədə dodağım partladı. Güclə qanı saxladıq. Yoldaşımın isə alnı qızardı. Allaha çox şükür edirəm ki, salamatçılıq oldu”.

Qeyd edək ki, hadisədən dərhal sonra E.Seyidcahan qəza olan məkana gedib.