Almaniyada "Auşvits" konslagerinin 96 yaşlı mühasibi azadlıqdan məhrum edilib


Digərləri 29 Dek 2017 22:10:00 295 0

Almaniyada "Auşvits" konslagerinin 96 yaşlı mühasibi azadlıqdan məhrum edilib

Almaniyanın Konstitusiya Məhkəməsi "Auşvits" konslagerinin (faşistlərin həbs düşərgəsinin - red) sabiq əməkdaşı Oskar Qreninqin apellyasiya şikayətini rədd edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, hökmə əsasən 96 yaşlı kişi həbsxanaya göndərilib. Qreninq "Auşvits"də mühasib işləyib. O, həbs düşərgəsinin dustaqlarından götürülmüş vasitələrin hesablamasını aparıb.