Kolumbiyada gecə klubunda qumbara partlayıb:


Dünya 29 Dek 2017 21:42:00 283 0

Kolumbiyada gecə klubunda qumbara partlayıb:

Kolumbiyanın Kaukasiya bələdiyyəsində gecə klubunda əl qumbarası partladılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bələdiyyə rəhbəri Oskar Anibal Suares bildirib.

Onun sözlərinə görə, qumbaranın partlaması nəticəsində 31 nəfər yaralanıb. Yaralananların 11-nin vəziyyəti çox ağır kimi qiymətləndirilir.