79 yaşlı keşiş gənc kişiyə ərə getdi, evini itirdi FOTO


Digərləri 29 Dek 2017 20:18:00 276 0

79 yaşlı keşiş gənc kişiyə ərə getdi, evini itirdi  FOTO

"O məndə ayrılsa da, hələ də onu sevirəm. Yolunu gözləyirəm. Onu gerçəkdən sevirəm".

İngiltərənin Kent qraflığının Sendviç şəhərinin sakini Red Klements əri ilə yenidən birlikdə yaşayacağına ümid edir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 79 yaşlı Red Klements Sendviç şəhərindəki kilsələrdən birində keşiş idi. O, internetdə homoseksualların tanışlıq saytlarından birində 24 yaşlı Florin Marinlə tanış olub, rumın "mavi" modelə aşiq olub.

Klementslə Marin evləniblər. Daha doğrusu, ahıl keşiş gənc modelə "ərə" getmişdi.

Nikah mərasimi aprel ayında " Ramsgate Register Office"də olmuşdu.

Toydan az sonra Filipp Klements "əri"nin təkidi ilə Sendviçdəki evini 214750 funt-sterlinqə satıb. "Sevgililər" Rumıniyanın paytaxtı Buxarestə yollanıblar.


Xəbərə aid fotolar