Zaur Darabzadə: "Bu gün "CinemaPlus" Azərbaycanın ən böyük əyləncə mərkəzidir"


Digərləri 29 Dek 2017 18:42:00 373 0

Zaur Darabzadə: "Bu gün "CinemaPlus" Azərbaycanın ən böyük əyləncə mərkəzidir"

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin müsahibəsini təqdim edirik.

- Keçmiş "28 Cinema" kinoteatrının, bugünkü "CinemaPlus" kinoteatrının 5 yaşı tamam oldu. Bu əslində artıq formalaşmış şirkət üçün uğur sayıla bilər. Demək siz 5 ildir düzgün istiqamətdəsiniz. Zəhmət olmasa, kinoteatr haqqında məlumat verərdiniz.

- Tam düzgün qeyd etdiniz ki, əgər hər hansı şirkət bazar iqtisadiyyatı və azad bazar rəqabəti dövründə 5 və daha çox il fəaliyyət göstərib, inkişaf edirsə, demək o düzgün istiqamətdədir. Keçmiş "28 Cinema" 5 il əvvəl açılmağı ilə artıq çox düzgün addım atmışdı. Çünki ölkəmiz sürətlə inkişaf edir, cəmiyyətimiz sürətlə dünyaya inteqrasiya edə bilir, gənclərin sayı artır, sosial mədəni həyat inkişaf etməkdədir. Bu isə artıq yeni teatr, kinoteatr və digər mədəniyyət ocaqlarına olan tələbatı artırırdı. "28 Cinema"da düzgün zamanda fəaliyyətə başladı və çox tez bir zamanda bazarın liderinə çevrildi.

Daha sonra biz "28 Cinema" adını dəyişərək "CinemaPlus" adlandırmaq qərarına gəldik. Səbəb isə çox sadə idi. Kinoteatr şəbəkəsini genişləndirmək istəyirdik. Ad isə buna imkan vermirdi. Çünki "28 Cinema" adı düşünülərkən, sırf yerləşdiyi lokasiyaya uyğun düşünülmüşdü. Beləliklə total rebrendinq edərək, həm adı, həm xidmət səviyyəsini, həm də ümumilikdə yanaşmamızı dəyişdik.

- Sual verməzdən öncə rebrendinqin çox uğurla həyata keçməyi ilə əlaqədar sizi təbrik edirəm. Ad, xidmət səviyyəsi və s məsələlərin dəyişməyini anladım, bəs yanaşmanın dəyişikliyi nədə öz əksini tapdı?

- Hətta deyərdim bir yanaşma yox, bir neçə özümüz üçün yeni hədəflər təyin edib, onlara çatdıq. Məsələn, elə götürək xidmət səviyyəsinin artırılmasını. Özünüz bilirsiniz ki, bu gün kinoteatr bazarı o qədərdə geniş deyil və iştirakçıların sayı azdır. Göstərdiyimiz filmlər, satdığımız qida və içki isə demək olar ki digər kinoteatrlar ilə müqayisədə eynidir. Hətta qiymətlərimiz belə eynidir. Bunu düşünərək, qərara gəldik ki, biz demək öz xidmət səviyyəmizi artıraraq, tamaşaçıların rəğbətini daha çox qazanmalıyıq. Ələxsus da rebrendinqdən sonra. Çünki çoxları "28 Cinema" adını unudub, "CinemaPlus" adını yadda saxlamaqda çətinlik çəkirdi. Ona görə biz bütün gücümüzü tamaşaçıya göstərilən xidmətin ən yüksək səviyyəyə çatması üçün topladıq. Bunu da tam 100%-a çatdırdığımızı demək istəməzdim, lakin işin 70% görülüb. Bu isə çox nəhəng bir işin həyata keçməsi deməkdir.

- Sadalaya bilərsinizmi "CinemaPlus"da bu iki il ərzində nə kimi işlər görülüb və gələcəkdə nələr gözlənilir?

- Görülən işləri məmnuniyyətlə sadalayacam, lakin görüləcək layihələri tam açıqlamaq istəməzdim. Amma bir neçəsi barədə məlumat verəcəm. Görülən işlərin arasında:

1.www.cinemaplus.az saytının tamamilə yenilənməsi. Xeyli sayda yeni funksiyaların əlavə olunması, bilet alma prosesinin tezləşdirilməsi və sadələşməsi

2.CinemaPlus-un mobil əlavəsinin tamamilə yenilənməsi. Funksiyaların arasında kinoya bileti əlavəni tərk etmədən alma imkanı, gələcəkdə nümayiş olunacaq filmləri "like" düyməsi ilə bəyənib və filmin nümayişə girməsinə 1 gün qalmış məlumatlandırılması

3."CineClub" loyallıq sisteminin tamamilə yenilənməsi

4.Fiziki məhdud insanlar üçün xüsusi oturacaqların quraşdırılması. Bundan əlavə "CinemaPlus Azərbaycan" kinoteatrında fiziki məhdud insanlar üçün xüsusi lift xidmət göstərir. Bu da o deməkdir ki, kinoteatrın qapıları hər bir tamaşaçının üzünə açıqdır

5."Cinemazadeh" şirkəti ilə birgə xarici filmlərin yerli dublyajla səsləndirilməsi

6.Azərbaycan istehsalı filmlərə böyük dəstək verilməsi

7.Yeni hədiyyə kartlarının tətbiqi. Yəni artıq insanların ad günlərinə hədiyyə olaraq xüsusi kartlar vermək mümkündür. Bu isə kino məhsulunun insanların həyatında daha vacib rol oynamasının göstəricisidir.

8.Yeni dəvətnamə sisteminin tətbiq edilməsi

​ 9.Pəhriz saxlayanlar üçün xüsusi "Diet Popcorn" məhsulunun istehsalı və satışı

Saymaqla bitməyəcək..

Gələcəkdə isə onu deyə bilərəm ki, əsas məqsədimiz bilet alışı prosesini daha da təkminləşdirmək, yeni avadanlığın gətirilməsi, növbələrin azalmasıdır və əlbəttə ki, insanların zövqünə uyğun kino nümayiş etmək. Bircə belə bir ip ucu verə bilərəm ki, tezliklə kağız biletlərin dövriyyəsi azalacaq, sonra isə ümumiyyətlə yığışdırılacaq. CinemaPlus elektron bilet sisteminə keçəcək. Bu isə həm bilet alışı prosesini, həmdə ümumilikdə zala daxil olma prosesini xeyli asanlaşdıracaq.

- Bu gün "CinemaPlus" şəbəkəsinə neçə kinoteatr daxildir və daha neçə kinoteatr açmaq fikriniz var?

- Bu gün "CinemaPlus" (CP) şəbəkəsinə 6 kinoteatr (33 zal) daxildir. Bunlar: CP 28 Mall, CP Ganjlik Mall, CP Azərbaycan, CP Amburan Mall, Aygun Mall və CP Xəmsə (Gəncə şəhəri). Bildiyiniz kimi, CinemaPlus ilk olaraq 2016-cı ildə Azərbaycanın digər şəhərlərində kino mədəniyyətinin inkişafına öz dəstəyini verib və Gəncə şəhərində SSSR-i dövründən sonra ilk müasir CinemaPlus Xəmsə Mall kinoteatrını istifadəyə verib. Bu kinoteatr heç də Bakıda fəaliyyət göstərən kinoteatrlardan geri qalmır və bütün dünyada fəaliyyət göstərən kinoteatrlar ilə eyni zamanda premyeraları nümayiş etmək imkanı var.