Türkiyə ABŞ-dan səsdən sürətli raket sistemi alır


Dünya 29 Dek 2017 17:18:45 247 0

Türkiyə ABŞ-dan səsdən sürətli raket sistemi alır

“AMRAAM” səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub

ABŞ-ın “Raytheon” silah ixracatçı şirkəti Türkiyə də daxil olmaqla 10 ölkəyə “AMRAAM” “Hava-hava” tipli raket sisteminin satılması ilə bağlı müqavilə imzalayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, həmin raketlər Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərə satılacaq.

“AMRAAM” səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub.