Gəncə sakini öldürüldü: maşını yandırıldı


Digərləri 29 Dek 2017 15:06:00 265 0

Gəncə sakini öldürüldü: maşını yandırıldı

Ağstafada dəhşətli qətl törədilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus "VAZ-2104" markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

S. Əliyevin qətlə yetirildiyi məlum olub.