Dekabrın 31-də avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək


Digərləri 29 Dek 2017 15:05:00 251 0

Dekabrın 31-də avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək

Müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.

Bakı. Bayram günləri avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, agentlik bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.