"Yoldaşımın qızıllarını götürüb satdım" Oğru evin oğlu çıxdı VİDEO FOTO


Digərləri 29 Dek 2017 12:30:00 287 0

"Yoldaşımın qızıllarını götürüb satdım"  Oğru evin oğlu çıxdı  VİDEO  FOTO

Şəmkirdə oğurluq hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, dekabrın 26-də Şəmkir rayonun Bayramlı kənd sakini  Elman Cəfərov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, evindən ümumi dəyəri 38.000 manat olan qızıl zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğru çox da uzaqda deyil. Qızılları ailənin üzvü, şikayətçi Elman Cəfərovun oğlu Şahmar Cəfərov oğurlayıb. Zinət əşyaları da, Şahmarın öz həyat yoldaşının və qardaşının həyat yoldaşının olub.

Şahmar Cəfərov ilkin dindirmə zamanı xoşagəlməz əməlini etiraf edib. Baxmayaraq ki, qızıl zinət əşyalarının çox hissəsini satıb, amma bir qismi ondan maddi sübut kimi götürülüb.


Xəbərə aid fotolar