Moskvada sürücü avtobusu insanların üzərinə sürüb, 2 nəfər ölüb


Dünya 29 Dek 2017 11:08:02 291 0

Moskvada sürücü avtobusu insanların üzərinə sürüb, 2 nəfər ölüb

Hadisə ilə bağlı araşdırma aparılır

Rusiya paytaxtı Moskvada sürücü marşurut avtobusunu dayancaqda gözləyən insanların üzərinə sürüb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanları bildirib.

Hadisə Moskvanın Sxodnensk küçəsində baş verib. Nəticədə iki nəfər ölüb. Avtobus 37 saylı marşrut üzrə hərəkət edirmiş.  

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 25-də Moskvada sürücünün idarəetməni itirməsi nəticəsində avtobus metro stansiyasının keçidinə girib və orada gözləyən insanları vurub. Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.