Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər


Digərləri 29 Dek 2017 09:10:00 279 0

Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Azərbaycanda peşə təhsili müəssisələrinin ödənişli ixtisaslarına qəbul olunan bəzi şəxslər dövlət büdcəsinin vəsaiti hesabına təhsil ala biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, yeni hazırlanan "Peşə təhsili haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, qanunvericliklə müəyyən olunmuş qaydada sosial müdafiəyə ehtiyacı olan bir qrup şəxsin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.