Azərbaycanda yeni makroiqtisadi və maliyyə sabitliyi platforması formalaşdırılacaq


Digərləri 29 Dek 2017 08:42:00 278 0

Azərbaycanda yeni makroiqtisadi və maliyyə sabitliyi platforması formalaşdırılacaq

"2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir".

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım və gözləntilərin effektiv idarə olunması üçün baza şərti olacaq.