Yeniyetmə mağazaları qarət etdi


Digərləri 28 Dek 2017 23:56:00 264 0

Yeniyetmə mağazaları qarət etdi

Bakının Xəzər rayonunda oğurluq olub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, dekabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan və 1 marketdən pul, mobil telefon, tütün məmulatı və məişət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılıb.