Müasir cahiliyyətin diridiri basdırdığı qadınlar


Digərləri 28 Dek 2017 23:20:00 225 0

Müasir cahiliyyətin diridiri basdırdığı qadınlar

Quranda buyurulur: "Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman "Hansı günaha görə öldürüldülər?" (Onların qatillərindən: "Bunlar hansı günaha görə öldürüldülər?" - deyə soruşular)". ("Təkvir" 8-9).

Son.az deyerler.org-a istinadən bildirir ki, əlbəttə də ki, heç bir günaha görə. Əslində zəmanəsinin cahiliyyətinə və kor-koranə təqlidlərinə görə. Müasir dövrdə qadınların haqlarının qorunması və kişilərlə bərabər haqlara malik olmaq barəsində çox nəzərlər irəli sürülür və çox sözlər deyirlər. Ancaq bütün bunların hamısı heç də qadının vəziyyətini yaxşılaşdırmamışdır. Zahirdə yaxşı görünsə də, yəni təhsil alsa da və cəmiyyətdə fəaliyyət göstərsə də, lakin Allahın qadının fitrətinə qoyduğu istedadlar yenə də məhv olmaqdadır.   İş o yerə gəlib çatıbdır ki, bu gün qadınların əksər hissəsi qadın olduqlarına görə təəssüflənir və qadın olduqları özlərini üçün məzəmmət edirlər.   Psixologiya elmi hər nə qədər desə ki, qadınla kişi dünyası fərqlidir, ancaq müasir dünya qadınla kişini zahirən bərabər etməyə və standart ölçüyə salmağa çalışır. Bu dünyanın gözündə qadın bir gövhər deyildir, bəlkə bir varlıqdır ki, kişilər kimi düşünməli və kişilər kimi iş qabiliyyətinə malik olmalıdır. Rəqabət və məsuliyyəti də kişilər kimi olmalıdır. Halbuki, qadın yaradılışı və fitri baxımdan lətif varlıqdır və bu deyilənlər onun üçün asan deyildir.   Feminist təbliğatı zahirdə qadınların faydasına danışdığını göstərsə də, qadını zahirdə qadın, daxildə isə kişi kimi görmək istəyir. Qadınların ən çox ehtiyac duyduğu şeyləri görməməzliyə vurur. Qadını kişilərlə bərabər olmağa çağırır. Həm siyasi, həm iqtisadi və idman sahəsində eyni olmaqlarını istəyir. Öz xəyalı ilə bu yolla qadınlara xidmət etdiyini düşünür.   Heç kəs düşünmür ki, qadın kişi deyildir, necə kişilərlə bərabər ola bilər ki? Nəticədə də ziyan qadınlara dəyir.   Əgər müasir cahil fikirlilər qadına bu qədər təzyiq göstərməyə davam etsə, qadın öz şəxsiyyətini itirəcək və cahil ərəblər kimi diri-diri torpağa basdırılacaqdır. Mahiyyət baxımından, durum həminkidir...   Dinimiz ən üstün qadın nümunəsini Həzrət Zəhrada (s.ə) görür. Xanım (s.ə) heç bir zaman özünü kişilərə bərabər tutmağa çalışmamışdı. Əksinə, qadınlara xas və fərqli şəxsiyyətə malik olmuşdur. Elə bir şəxsiyyət kimi ki, əhsənul-xaliqindir. Xanım (s.ə) heç bir zaman qadın olmağından təəssüflənməmiş və onu eyib bilməmişdir. Öz fikir və düşüncələrində qadınların gedə biləcəyi yolu seçmişdir. Bu yolda qadınlıq etidalını qoruyub saxlamışdır.   Əgər hər kim Həzrət Zəhranı (s.ə) özünə nümunə qərar verərsə, heç bir zaman qadın olmasından təəssüflənməz və öz vəzifəsini dərk edib, onu yerinə yetirməyə çalışar.