Faiq Ağayevin yubiley konserti FOTO


Şou-biznes 28 Dek 2017 22:27:00 279 0

Faiq Ağayevin yubiley konserti  FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib. Son.az "Report"a istinadən bildirir ki, tədbirdə DTX rəisi, general-leytenant Mədət Quliyev, bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Konsert proqramı sənətçinin həyat və fəaliyyəti haqqında təqdim olunan videoçarx ilə başlayıb. Mərasimdə DTX-nın özfəaliyyət dərnəyinin əməkdaşları tərəfindən müğənninin repertuarından musiqilər səsləndirilib. Sonda müğənni konsertin təşkilatçılarına təşəkkür edib, repertuarındakı musiqilərdən bir neçəsini ifa edib.