Şirvanda qadını keçmiş əri bıçaqladı


Digərləri 28 Dek 2017 21:56:00 259 0

Şirvanda qadını keçmiş əri bıçaqladı

Şirvanda qadın əri tərəfindən bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, insident Heydər Əliyev küçəsi, 7/12 ünvanında baş verib. Məlumata görə, şəhər sakini 1985-ci il təvəllüdlü İsgəndərov Elşad Azər oğlu qısqanclıq zəminində keçmiş həyat yoldaşı 34 yaşlı İsgəndərova Şəlalə Sahib qızına 8 bıçaq xəsarəti yetirib. Yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Elşad İsgəndərov polis tərəfindən saxlanılıb.