Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verildi VİDEO


Digərləri 28 Dek 2017 21:11:00 289 0

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verildi  VİDEO

Bakının Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər təqdim edilib. Son.az xezerxeber.az-a istinadən bildirir ki, 33 yeni mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Yeni mənzillərə köçənlər görülən işləri yüksək qiymətləndirib və yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər. Təqdimetmə mərasimində bildirilib ki, mənzillər paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq tam təmir edilib və yaşamaq üçün hər cür zəruri avadanlıqlarla təchiz olunub. Qeyd edilib ki, hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. Bu vaxta qədər 6100 mənzil həmin kateqoriyalardan olan insanların istifadəsinə verilib. Növbəti ildə yeni mənzillərin verilməsi davam etdiriləcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid video