"Huawei" unikal noutbuk buraxmağa hazırlaşır


Digərləri 28 Dek 2017 21:15:00 301 0

"Huawei" unikal noutbuk buraxmağa hazırlaşır

"Huawei" şirkəti müştəriləri üçün yeni noutbuk buraxmağa hazırlaşır.

Son.az lent.az-a istinadən xəbər verir ki, unikal cihaz "Matebook D" adlanacaq. Ehtimal olunur ki, "Matebook D" "Xiaomi Notebook Pro"ya ciddi rəqib olacaq. "Huawei" yeni noutbukun göstəriciləri barədə məlumat verməsə də, bəzi şərhçilər bu haqda müəyyən informasiyalar əldə edə biliblər.   Qeyd olunur ki, FullHD sistemə malik "Matebook D"-nin monitoru 15,6 düym olacaq. Qurğunun daxilində "Intel Core i5" prosessoru və "Nvidia MX150" qrafik çip yerləşəcək. Noutbukun əməliyyat yaddaşı 8 Gb, daxili yaddaşı 28-256 Gb, sərt diski isə 1 Tb olacaq. "Matebook D"-nin qiymətinin 790-850 dollar civarında olacağı bildirilir.