"Facebook"da yeni virus peyda olub


Digərləri 28 Dek 2017 21:08:00 295 0

"Facebook"da yeni virus peyda olub

Bir neçə gündür ki, "facebook" sosial şəbəkəsində yeni virus peyda olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, "messencer" proqramı ilə yayılan virus Azərbaycandakı "facebook" istifadəçiləri arasında da sürətlə yayılır. "Digmine"adlanan virus Azərbaycanla yanaşı, Cənubi Koreya, Vyetnam, Ukrayna, Tailand və Venesuelada da xeyli istifadəçiyə zərər vurub. Virus videoçarx bəhanəsi ilə istifadəçiyə zərərverici skriptə malik fayl göndərir. İstifadəçi faylı açdığı halda dostluğunda olan bütün şəxslərə eyni virus göndərilir.Virusun işləmə mexanizmi çox gizli olduğundan əksər istifadəçinin bu təhlükədən xəbəri olmur. Tədricən kompüter zəifləyir və virus əsl üzünü ortaya çıxarır. Ekspertlər virusun son zamanlar sürətlə yayılan kriptovalyuta satışının işini asanlaşdırmaq üçün hazırlandığını deyirlər. Yayılan virusun qarşısını almağın isə bir neçə üsulu var. Hələlik virus kompüterlərə nəzarəti ələ keçirməklə kifayətlənir. Zamanla isə virus vasitəsi ilə hesablara müdaxilə edilərək pul oğurlanması istisna edilmir.


Xəbərə aid video