Bazarlarda, mağazalarda alıcılara qəbz verilmir VİDEO


Digərləri 28 Dek 2017 21:09:00 335 0

Bazarlarda, mağazalarda alıcılara qəbz verilmir  VİDEO

Ət məhsulları satılan əksər bazar və mağazalarda alıcılara qəbz verilmir. Bir çoxunun isə heç kassa aparatı yoxdur. Bəs qaydalara əməl etməyən bu şəxsləri hansı cəza gözləyir?

Son.az xezerxeber.az-a istinadən bildirir ki, alıcı pul verib ət alır, sonradan onun keyfiyyəti ilə bağlı problem çıxanda geri qaytara bilmir. Səbəb isə ona satıcı tərəfindən satdığı məhsulun qəbzinin verilməməsidir. Paytaxtda ət məhsulları satılan bir sıra mağazalarda və bazarlarda satıcılar alıcılara qəbz vermirlər. Bu mağazaların bir çoxunun isə heç kassa aparatı yoxdur. Buna misal olaraq Nərimanov rayonu ərazisində yerlşən ən böyük bazarlar - Yaşıl və Keşlə bazarlarını göstərmək olar. Çəkiliş zamanı Keşlə bazarında ət satan satıcıların heç birinin qəbz vermək üçün kassa aparatının olmadığının şahidi olduq. Elə bunu satıcılarda etiraf etdi. Eyni vəziyyət Yaşıl bazarda da hökm sürür. Çəkiliş zamanı burada da alıcılara ət satıldıqdan sonra onlara qəbz verilmədiyini gördük. Alıcılar da bildirirlər ki, iri marketlərdə ət alarkən qəbz verildiyi halda, nisbətən kiçik mağaza va bazarlarda satıcılar qəbz vermirlər. Bazar rəhbərliyi isə şifahi olaraq bildirdi ki, bütün ət satılan mağazalarda alıclılara qəbz verilir. Məsələ ilə bağlı Vergilər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır. Bu qaydaları pozan fiziki şəxslər 350-500, vəzifələri şəxslər 500-2000, hüquqi şəxslər isə 4-6 min manat arasında cərimə edilirlər.


Xəbərə aid video