"Nissan" daha 106 mindən çox avtomobili geri çağırdı


Dünya 28 Dek 2017 20:48:00 236 0

"Nissan" daha 106 mindən çox avtomobili geri çağırdı

"Nissan" şirkəti Rusiyada daha 106 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2001-ci ilin fevralından 2012-ci ilin noyabrınadək satılmış "Almera", "Teana", "Pickup", "Tino", "Patrol", "Terrano II", "X-Trail" modellərinə şamil olunur.