Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib


Digərləri 28 Dek 2017 20:01:03 183 0

Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib

Tədbirdə DTX rəisi, general-leytenant Mədət Quliyev də iştirak edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib.

"Report" xəbər verir ki, tədbirdə DTX rəisi, general-leytenant Mədət Quliyev, bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsert proqramı sənətçinin həyat və fəaliyyəti haqqında təqdim olunan videoçarx ilə başlayıb. Mərasimdə DTX-nın əməkdaşları tərəfindən müğənninin repertuarından musiqilər səsləndirilib.

Sonda müğənni konsertin təşkilatçılarına təşəkkür edib, repertuarındakı musiqilərdən bir neçəsini ifa edib.