Nazirlik: Özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin ən əsas uğurlarındandır


Digərləri 28 Dek 2017 18:53:00 233 0

Nazirlik: Özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin ən əsas uğurlarındandır

Ötən illərdə özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin fəaliyyətində qazanılmış ən əsaslı uğurlardandır.

Bakı. Ötən illərdə özünümaliyyələşmənin təmin edilməsi sığorta-pensiya sisteminin fəaliyyətində qazanılmış ən əsaslı uğurlardandır. Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev açıqlamasında deyib. Onun sözlərinə görə, 2006-cı ildən ölkəmizdə fəaliyyət göstərən sığorta-pensiya sisteminin ötən dövrdə öz-özünü maliyyələşdirməsi təmin edilməklə yanaşı, sosial sığorta daxilolmaları dövlət büdcəsinin öhdəliklərinə aid edilən və sığorta təminatı olmayan pensiya xərclərinin maliyyələşdirilməsinə də əhəmiyyətli töhfə verib: "Sığorta-pensiya sisteminin paradiqmal xüsusiyyətləri sosial sığorta haqlarının bir sıra unikal cəhətlərini ortaya qoyaraq, bu haqların vergilərlə müqayisədə konseptual olaraq tamamilə fərqli iqtisadi və hüquqi məzmununu şərtləndirir və oxşar yanaşma əsasında baxılmasını istisna edir. Dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, bəzi ekspertlər tərəfindən lazımi araşdırma və təhlillər aparılmadan, dövlətin pensiyaçılara münasibətdə fəal sosial müdafiə tədbirlərinin yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunması təəssüf hissi doğurur. Sığorta-pensiya sisteminin real maliyyə nəticələri əsasında özünümaliyyələşdirmə vəziyyətinin qiymətləndirilməsi sistemin məhz özünəməxsus gəlir və xərclərinin, yəni ödənilmiş sosial sığorta haqları və bu ödənişlər müqabilində sistemin öz üzərinə götürdüyü sığorta təminatlı öhdəliklərin icrası vəziyyətinə istinad etməlidir. Bundan fərqli olaraq, təyinat şərtləri ödənilmiş sığorta haqları ilə əlaqəli olmayan bəzi pensiya komponentləri və onların maliyyələşdirilməsi üçün nəzərdə tutulan dövlət büdcəsinin transfertləri qeyri-sığorta xarakteri daşıdığına görə qeyd edilən qiymətləndirmədə nəzərə alınmamalıdır. Məsələyə bir daha aydınlıq gətirilməsi baxımından pensiya xərclərinin maliyyə mənbələri əsasında fərqli komponentlər üzrə tərkibi haqqında məlumat vermək istərdim. Sosial sığorta haqları hesabına maliyyələşən sığorta öhdəlikləri üzrə: 1992-2005-ci illər üçün hər sığorta stajı ilinə görə bu dövrdə ölkə üzrə ən yüksək orta aylıq əmək haqları əsasında qanunla təsbit edilmiş və hər il indeksləşdirilərək artırılan sabit rəqəmlə ifadə olunan pensiya məbləği; 2006-cı ildən etibarən fərdi uçotu aparılan ödənilmiş və hər il indeksləşdirilərək artırılan sosial sığorta haqlarının formalaşdırdığı pensiya kapitalı əsasında hesablanılan pensiya məbləği. Dövlət büdcəsi hesabına maliyyələşən qeyri-sığorta öhdəlikləri üzrə: