"AMEAnın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin"


Digərləri 28 Dek 2017 17:14:00 303 0

"AMEAnın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin"

"Artıq Azərbaycanda ivrit, latın, hətta erməni dili üzrə də magistr səviyyəsində kadrlar hazırlanır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Dil Komissiyasının iclasında çıxış edərkən deyib.

İ.Həbibbəyli əlavə edib ki, AMEA-da Azərbaycan dilinin işlənməsi, təbliği istiqamətində çoxsaylı işlər aparılır. Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanmasının nəzərdə tutulduğunu deyən I.Həbibbəyli deyib ki, akademiyanın hazırladığı orfoqrafiya qaydaları əsasında yeni orfoqrafiya lüğəti hazırlanacaq. Lüğətin son versiyası artıq Orfoqrafiya Komissiyasının üzvlərinə göndərilib.

O təklif edib ki, AMEA-nın hazırladığı orfoqrafiya qaydaları "Elm" qəzetində dərc olunaraq ictimaiyyətin müzakirəsinə verilsin.